"Qarabağ" - "Dnepr" oyunu kimlərə tapşırılıb?
Bizi izləyin

İdman

"Qarabağ" - "Dnepr" oyunu kimlərə tapşırılıb?

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" - "Dnepr" klubları üz-üzə gələcək.

Matç oktyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

Publika.az xəbər verir ki, bu qarşılaşmanın hakimləri bəlli olub. Belə ki, matçın idarəsi polşalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski kömək edəcəklər. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. O, ötən mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Skenderbeu” – “Neftçi” matçını idarə edib. Həmin görüşdə Albaniya çempionu 116-cı dəqiqədə vurduğu qolla mərhələni adlamışdı. “Neftçi”nin məğlubiyyətində polşalı hakimin “Neftçi”nin müdafiəçisi İqor Mitreskini meydandan qovmasının da az rolu olmamışdı.

Gili ukraynalılar üçün uğurlu hakim hesab etmək olar. Onun idarə etdiyi oyunlarda Ukrayna klubları avrokuboklarda 2 dəfə qələbə qazanıblar, 1 dəfə heç-heçə ediblər.

Məlumat üçün bildirək ki, matçının biletləri bu gündən satışa çıxarılıb.

Biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır.

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm