Xərçəngə qalib gəldi – FOTOLAR
Bizi izləyin

İdman

Xərçəngə qalib gəldi – FOTOLAR

“Nyukasl Yunayted”in yarımmüdafiəçisi Xonas Qutierrez xərçəng xəstəliyindən sağaldığını bildirib.

Publika.az xəbər verir ki, argentinalı futbolçu “twitter”də belə yazıb:

"Mənə bu ağır dönəmdə dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Bu sırada xüsusilə də ailəmi, valideynlərimi, qardaşlarımı, xaç anamı və rəfiqəm Aleksandranı qeyd etmək istərdim”.

Xatırladaq ki, Qutierrez 1 il öncə tibbi müayinədən keçərkən onun qasıq nahiyəsində xərçəng aşkarlanmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm