“Forma dəyişməyə görə oyunçu cəzalandırmaram”
Bizi izləyin

İdman

“Forma dəyişməyə görə oyunçu cəzalandırmaram”

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Liverpul"la keçiriləcək oyun öncəsi rəqibləri haqqında danışıb.

Publika.az xəbər verir ki, Ançelotti həmyerlisi Mario Balotellinin rəqib oyunçu Pepe ilə forma dəyişdiyinə görə cəza almasına da toxunub:

"Balotelli haqqında çox danışırlar. Bu futbolçu, Luis Suarezi çatışmayan komanda üçün səviyyəli forvarddır. Onların necə oynayacağını məşqçi müəyyən etməlidir. Digər oyunçular kimi, Marionun da "Liverpul"da problemləri çoxdur. Fasilədə rəqiblə forma dəyişdirmək kifayət qədər geniş yayılmış adətdir. Mən futbolkasını fasilədə dəyişdirdiyi üçün heç vaxt Marselonu heyətdən çıxarmaram”.

Qeyd edək ki, Ançelotti ilə yanaşı, mətbuat konfransında Marselo da iştirak edirdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm