İdman
ÇL-də həyəcan davam edir
Çempionlar Liqasında IV turun oyunları start götürəcək.
Publika.az-ın məlumatına görə, ilk oyun günündə 8 görüş baş tutacaq.
A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö”nün
qonağı olacaq. Qrupun digər oyununda “Yuventus” öz meydanında
“Olimpiakos”u qəbul edəcək.
Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutacaq.
Burada Madrid “Real”ı doğma meydanda “Liverpul”u qəbul edəcək.
Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı
olacaq.
C qrupunda Rusiya "Zenit"i lider “Bayer” (Leverkuzen) klubu ilə
üz-üzə gələcək. “Monako” isə səfərdə qrupun autsayderi “Benfika”nın
qonağı olacaq.
Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun D qrupunda
keçiriləcək. Türkiyənin “Qalatasaray” klubu Dortmundda "Borussiya"
ilə görüşəcək. "Cim Bom" qrupdan çıxmaq şansını saxlamaq üçün bu
görüşdə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə
“Arsenal” evdə “Anderlext”i qəbul edəcək.
4 noyabr
A qrupu
23:45. "Malmö" (İsveç) - "Atletiko" (Madrid,
İspaniya)
23:45. "Yuventus" (İtaliya) - "Olimpiakos"
(Yunanıstan)
B qrupu
23:45. "Real" (Madrid, İspaniya) - "Liverpul"
(İngiltərə)
23:45. "Bazel" (İsveçrə) - "Ludoqorets"
(Bolqarıstan)
C qrupu
21:00. "Zenit" (Rusiya) - "Bayer" (Leverkuzen,
Almaniya)
23:45. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa)
D qrupu
23:45. "Arsenal" (İngiltərə) - "Anderlext"
(Belçika)
23:45. "Borussiya" (Dortmund, Almaniya) -
"Qalatasaray" (Türkiyə)
5 noyabr
E qrupu
23:45. "Mançester Siti" (İngiltərə) - CSKA (Moskva,
Rusiya)
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Roma"
(İtaliya)
F qrupu
23:45. PSJ (Fransa) - APOEL (Kipr)
23:45. "Ayaks" (Hollandiya) - "Barselona"
(İspaniya)
G qrupu
23:45. "Maribor" (Sloveniya) - "Çelsi"
(İngiltərə)
23:45. "Sportinq" (Portuqaliya) - "Şalke"
(Almaniya)
Aygün İlqarqızı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?