"Araz-Naxçıvan” futbolçulara qayıtmağı tapşırdı
Bizi izləyin

İdman

"Araz-Naxçıvan” futbolçulara qayıtmağı tapşırdı

Fəaliyyətini dayandıran "Araz-Naxçıvan” futbolçularına Naxçıvana qayıtmağı tapşırıb. Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ”la oyundan sonra istirahətə çəkilən futbolçular klubun ofisinə getməlidirlər.

Publika.az xəbər verir ki, klub futbolçuların sənədlərini, transfer vərəqələrini özlərinə qaytarmalıdır.

Qeyd edək ki, "Araz-Naxçıvan” dünən rəsmi saytı vasitəsilə yaydığı bəyanatda rəsmən fəaliyyətini dayandırdığını açıqlayıb. Naxçıvan təmsilçisi bugünkü bəyanatında isə çempionatdan imtinasının səbəblərinə aydınlıq gətirməyə çalışmışdı:

“Klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm