Kataloniyanın son silahı da əlindən alındı
Bizi izləyin

İdman

Kataloniyanın son silahı da əlindən alındı

İspaniya Konstitusiya Məhkəməsi 9 noyabrda Kataloniyada keçirilməsi planlaşdırılan reyri-rəsmi səsverməni qadağan edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qərar Madrid hakimiyyətinin etirazlarından sonra qəbul edilib.

Bundan əvvəl isə İspaniyanın Kataloniya muxtar qurumu referendumun səsvermə formasında keçirilməyəcəyini açıqlamışdı. Kataloniyanın başçısı Artur Mas referendumun sorğu formasında, əhali ilə xüsusi məsləhətləşmə şəklində keçiriləcəyini bildirmişdi. Muxtar qurumun belə bir qərar qəbul etməsinə səbəb isə Konstitusiya Məhkəməsi beş ay ərzində referendumun keçirilməsi haqqında dekretin fəaliyyətini dayandırması olub.

Kataloniya hökumətinin ictimai rəyin öyrənilməsi mərkəzi tərəfindən keçirilmiş son sorğuya əsasən muxtariyyət sakinlərinin 49,36 faizi müstəqilliyinə səs verməyə hazırlaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm