“Qalatasaray”ın baş məşqçisi istefasından danışdı
Bizi izləyin

İdman

“Qalatasaray”ın baş məşqçisi istefasından danışdı

“Qalatasaray”ın baş məşqçisi Prandellinin “Borrusiya” ilə oyundan sonra istefa verəcəyi xəbərləri yayılmışdı.

Publika.az xəbər verir ki, Çezare Prandelli Dortmund “Borussiya”sına məğlub olduqları oyundan (1:4) sonra istefa vermək fikrinin olmadığını deyib. İtaliyalı mütəxəssis azarkeşlərin onun ünvanına istefa şüarları səsləndirməsinə də münasibət bildirib:

“Bu cür məğlubiyyətə layiq deyildik. İstanbuldakı oyundan sonra çox çalışmışdıq, oyuna yaxşı hazırlaşmışdıq. Ancaq gözləmədiyim məğlubiyyətlə üzləşdik. Bu oyunda bütün gücümüzü ortaya qoyduq. Bilirəm, səhvlərimiz də var. İşimizə davam edirik. İstefa haqda düşünmürəm. Ötən mövsümlə müqayisədə hazırkı heyətimiz zəifdir. Əsas hədəfimiz superliqanın qalibi olmaqdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm