Futbolçunu narkotik alverinə görə 25 illik həbs gözləyir
Bizi izləyin

İdman

Futbolçunu narkotik alverinə görə 25 illik həbs gözləyir

"İnter"in keçmiş üzvü Adriano Leyte Ribeyro narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə həbs oluna bilər.

Bundan əlavə, futbolçu saxta sənədlərin hazırlanmasında da şübhəli bilinir. Publika.az xəbər verir ki, Adrianonun üzərində narkotik ticarəti ilə bağlı şübhələr bu yaxınlarda meydana gəlib. Hər iki cinayətə görə hücumçunu 25 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmə baş tutana qədər o, azadlıqda qalacaq. Prokurorluq onu həbs etməyə lüzum görməyib. Araşdırmalara görə, forvard narkotik ticarətçilərindən motosiklet satın alıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm