Klublarımızın üzvləri Ebolanın yayıldığı ölkədə
Bizi izləyin

İdman

Klublarımızın üzvləri Ebolanın yayıldığı ölkədə

"Neftçi" və "Xəzər Lənkəran"ın futbolçuları Sierra Leone milli komandasına dəvət alıb. Belə ki, Julius Vobayla Alfred Sanko milli komandanın noyabrın 14-də Kot`D-İvuar, 5 gün sonra Konqo Demokratik Respublikası ilə oyunlarına çağırılıb.

Publika.az xəbər verir ki, səfərlər olduqca təhlükəlidir. Çünki Sierra Leone Afrikanın Ebola virusu ən çox yayılan 3 ölkəsindən biridir. Belə ki, bu günə qədər virusdan ölən 5 minə yaxın insanın, demək olar ki, hamısı Sierra Leone, Qvineya və Liberiyadandır.

Buna görə Kot`D-İvuarla oyunun məhz bu ölkədə keçirilməsi təhlükə yaradır.

Həmçinin Vobayla Sankonun səfər edəcəyi Konqo Demokratik Respublikası da Ebola virusunun aşkarlandığı və yayıldığı ölkələrdən biridir.

Qeyd edək ki, virus ilk dəfə 1976-cı ildə məhz Konqoda aşkarlandığına görə, bu ölkə Ebolanın vətəni hesab olunur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm