“Azərbaycanda dəyərimizi bilmədilər”
Bizi izləyin

İdman

“Azərbaycanda dəyərimizi bilmədilər”

Türkiyənin qalmaqalları ilə yadda qalan məşqçilərindən Yılmaz Vural yerli mətbuata açıqlama verib.

Publika.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan millisində çalışacağını istisna etməyib:

"İndi Türkiyədə hər komandanın məşqçisi var. Buna görə də hansısa klubla danışıqlar apara bilmirəm. Çünki bu, etik cəhətdən düzgün olmaz.

Xarici ölkələrdən təkliflər var. Bülənt Uyğunun Qətərdəki uğurları göz qabağındadır. Onun gördüyü işlər bu ölkədə biz məşqçilərin yolunu açır. Bununla bağlı olaraq, dünən o, mənə zəng edərək bir iş təklif etdi. Detalları dəqiqləşdirdikdən sonra Qətərdə işləyə bilərəm.

Bundan başqa, Azərbaycan millisi ilə bağlı da məsələ var. Təəssüf ki, bu ölkədə dəyərimizi ortaya qoya bilmədik. Mümkün qədər mən də xaricdə çalışmağı düşünürəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm