Mərkəzi stadionda möhtəşəm şou olacaq
Bizi izləyin

İdman

Mərkəzi stadionda möhtəşəm şou olacaq

Noyabrın 6-da Avropa Liqasının F qrupunun IV turunda "Qarabağ" və "Dnepr" klubları üz-üzə gələcək.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə hazırlıqlar indidən start götürüb. Belə ki, "Dnepr"lə matçda bayraq şousu olacaq.


Azarkeşlərə "Dnepr"lə matça bir az tez getmək məsləhət olunur. Çünki oyundan əvvəl bayraq şousu üçün stadionun tamamilə dolu olması vacibdir.

Klubdan bu şou ilə bağlı belə məlumat yayılıb:
“1. Stadionda 31 min bayraq olacaq. Hər oturacağa 1 bayraq qoyulacaq. Hər kəs öz oturacağındakı bayrağı götürsün və oyunçular meydana daxil olan zaman bayraqlar dalğalandırılsın. 31 min bayraq eyni anda dalğalanmalıdır.


2. Oyundan əvvəl "Anadır arzulara hər zaman Qarabağ" mahnısını məşhur bir xanəndəmiz səsləndirəcək. Sizdən xahişimiz nəqarəti bütün stadion birlikdə oxusun. Nəqarət hissəsi budur:

"Anadır arzulara hər zaman QARABAĞ,
Danışan dil-dodağım, tar-kaman QARABAĞ,
QARABAĞ , can QARABAĞ, ANA YURDUM!"


Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Publika.az-a verdiyi məlumata görə, hazırda 25 min bilet satılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm