“Qarabağ”ın oyununa bilet qalmadı - Rəsmi
Bizi izləyin

İdman

“Qarabağ”ın oyununa bilet qalmadı - Rəsmi

Bu gün “Qarabağ”ın “Dnepr”lə oyununa bütün biletlər satılıb.

Publika.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, 30 min biletin hamısı artıq satılıb və Tofiq Bəhramov stadionunda boş yer qalmayıb. Məlumata görə, kassaların önündə izdiham yaşanır. Azarkeşlər bilet axtarışında olsa da, yerlər tamamilə dolub.

Qeyd edək ki, bu görüşdə qələbə “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şanslarını xeyli artıracaq. Rəqibin məğlubiyyəti isə onların qrupu adlamaq ümidlərini, demək olar ki, dəfn etmiş sayılacaq. Matç saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm