"Qarabağ" qalib gəldi, AZAL büdrədi, "İnter" qazandı - Bütün Nəticələr
Bizi izləyin

İdman

"Qarabağ" qalib gəldi, AZAL büdrədi, "İnter" qazandı - Bütün Nəticələr

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

20-ci turun mərkəzi oyununda yerli “Qəbələ” Ağdam “Qarabağ”ını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsiylə bitib. Nəticədə, "Qarabağ" yenidən zirvəni ələ keçirib. "Rəvan” “Bayıl Arena”da “İnter”lə üz-üzə gəlib. Görüş "bankirlər"in çətin qələbəsiylə başa çatdı. AZAL isə doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada da qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası

20-ci tur

8 fevral (şənbə)

Qəbələ – Qarabağ - 0:1 (0:0)

Qol: Reynaldo, 74 (0:1).

Matçın 79-cu dəqiqəsində R.Almeyda penaltidən yararlana bilməyib (qapıçı)

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Fariz Yusifov.

Qəbələ şəhər stadionu.

QƏBƏLƏ: 1. Kamran Ağayev, 3. Nikola Valentiç, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo (k), 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 11. Yannik Kamanan, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 31. Daniel Subotiç, 42. Leonardo da Silva.

QARABAĞ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Corc Leroy, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.

Rəvan – İnter - 1:2 (0:1)

Qollar: A.İaşvili, 17 (0:1), Oke Akpoveta, 55 (1:1), V.Cavadov, 90+4-pen. (1:2).

Qırmızı vərəqə: H.Axundov, 43.

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Sərxan İsmayılov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.

Bakı. "Bayıl Arena".

RƏVAN: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov, 8. Julio Sezar Moreyra, 10. Tyaqo de Souza Bezerra, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 24. Yamin Ağakərimzadə, 25. Ayaz Mehdiyev.

İNTER: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. İvo Taborksi, 14. İlqar Ələkbərov, 33. Matiya Spiçiç.

AZAL – Sumqayıt - 2:2 (1:0)

Qollar: N.Turkoviç, 45 (1:0), T.Cahangirov, 59 (1:1), V.İqbekoyi, 80 (2:1), P.F.Azad, (2:2).

Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Rahil Ramazanov, Ramil Əhmədov.

Bakı. "AZAL Arena".

AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Junior Aylton, 7. Cavid Tağıyev, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 27. Rəşad Abdullayev, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasiradze, 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 8. Qərib İbrahimov, 18. Samuel Barlay, 22. Axtam Xamraqulov, 23. Tural Nərimanov, 26. Kərim Diniyev.

SUMQAYIT: 63. Şahruddin Məhəmmədliyev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Şəhriyar Xəlilov, 5. Kamil Hüseynov, 11. Ruslan Nəsirli, 14. Məhəmməd Qurbanov, 20. Elşad Manafov, 77. Ramil Mansurov.

Turun digər oyunları sabah keçiriləcək: 15:00. Simurq – Bakı, 16:00. Xəzər Lənkəran – Neftçi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm