Qurban Qurbanov qələbəni, Yuri Syomin məğlubiyyəti şərh etdi
Bizi izləyin

İdman

Qurban Qurbanov qələbəni, Yuri Syomin məğlubiyyəti şərh etdi

"Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq"

"Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq"

Topaz Premyer Liqasının 20-ci turunun mərkəzi oyununda “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Publika.az-ın PFL-in saytına istinadən məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov qələbə Rəşad Sadıqovun əməyi olduğunu bildirib:

"Düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun göstərdi. Azarkeşlər aktiv idi, əsl futbol ab-havası var idi. Vacib 3 xal qazandıq. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq. Sürətli oyun keçdi, bu da onu göstərir ki, çempionat daha da canlanır, rəqiblər daha da güclənir. Hər bir oyun bizim üçün vacibdir. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə çalışmalıyıq. Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur. Əsas heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda olması vacibdir. Onun meydanda olması komandanın xeyrinədir”.

“Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin oyun ərzində buraxılan bir səhvin məğlubiyyətə səbəb olduğunu bildirib:

“Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundur ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm