• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qarabağ” rəsmisi stadionda yaralanan gəncə baş çəkdi - “Atasının dedikləri tüklərimi biz-biz etdi”

  • İdman
  • 7 Noyabr 2014 12:44
  • 755 Baxış
“Qarabağ” rəsmisi stadionda yaralanan gəncə baş çəkdi  - “Atasının dedikləri tüklərimi biz-biz etdi”

UEFA Avropa liqasının qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə baş verib.

Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.

Stadionun 11-ci sektoruna açılan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Xəsarət alan Samir Mirzəyev təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına aparılıb.

Hələlik, onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.

Hadisə stadionun girişində sıxlıq yaranması səbəbindən baş verib. Eyni zamanda, dəmir qapı köhnə imiş. Yəni, köhnə qapı insan sıxlığına tab gətirməyərək aşıb.

Xəstəxanadan mətbuata açıqlama verilib ki, qəza nəticəsində Samir Mirzəyev başından travma alıb, onun bud nahiyəsi sınıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Həkim onun evə nə vaxt buraxılacağının hələlik dəqiq bilinmədiyini dedi.

Publika.az xəbər verir ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qapının aşması nəticəsində xəsarət alan Samir Mirzəyevə baş çəkib.

Klub rəsmisi hadisədən sonra təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılan gəncin səhhəti ilə maraqlandığını bildirib: “Xəstəxanadayam. Allaha çox şükür ki, azarkeşimizin həyati təhlükəsi yoxdur. Samirin atasının “Qarabağ” canımızdı” deməsi tüklərimi biz-biz etdi”.

Bundan başqa, klubun mətbuat katibi yaralı gəncin bu gün əməliyyat olunacağını da qeyd edib.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR