Stadion rəhbəri xəsarət alan azarkeşə görə üzüldü – Hadisənin səbəbindən danışdı
Bizi izləyin

İdman

Stadion rəhbəri xəsarət alan azarkeşə görə üzüldü – Hadisənin səbəbindən danışdı

UEFA Avropa liqasının qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən "Qarabağ"-"Dnepr" oyunu zamanı bədbəxt hadisə yaşanması barədə xəbər vermişdik.

Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna açılan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Xəsarət alan Samir Mirzəyev təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. (http://publika.az/p/50569 )

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovdan bu məsələ ilə bağlı fikirlərini bildirməsini istədik. Publika.az-a danışan stadion direktoru dedi:

“Oyundan əvvəl 25-ci sektorda basabas olub. Azarkeşlər istəyiblər ki, stadiona girsinlər, polislər isə onları dayandırmağa çalışıblar. Bu itələşmə zamanı qapılardan biri qırılıb və azarkeşlərin üstünə düşüb. Bu azarkeşin xəsarət almasına mən də çox təəssüf edirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm