“Qarabağ”ın qapıçısının adı qalmaqalda hallanır
Bizi izləyin

İdman

“Qarabağ”ın qapıçısının adı qalmaqalda hallanır

“Qarabağ"ın qolkiperi İbrahim Şehiçin adı transfer qalmaqalında hallanır.

Publika.az xəbər verir ki, bu barədə Bosniya və Hersoqovinanın "Jelezniçar" klubunun prezidenti Almir Qrediç məlumat verib.

Klub prezidenti "Mersin İdman Yurdu"nun 2011-ci ildə "Jelezniçar"dan transfer etdiyi Şehiçə görə borclu olduğu 425 min avronu noyabrın 10-dək ödəməli olduğunu bildirib. Çünki bu barədə qərarı UEFA qəbul edib.

Qrediç deyib ki, UEFA-nın qərarı yerinə yetirilməyəcəyi təqdirdə qurumun intizam komitəsinə məlumat veriləcək:

"Bu, 2-3 ildir davam edən bir problemdir. Klubumuz hüquqi baxımdan hər şeyi edib. İndi pulun hesabımıza köçürülməsini gözləyirik. "Mersin İdman Yurdu" noyabrın 10-dək pulu ödəməsə, ayın sonunda UEFA tərəfindən cəzalandırılacaq".

Qeyd edək ki, "Qarabağ"ın qapıcısı Şehiç 2011-2013-cü illərdə "Mersin İdman Yurdu"nda 37 oyunda meydanda olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm