Əl sıxmadığı üçün komandası cəza alacaq
Bizi izləyin

İdman

Əl sıxmadığı üçün komandası cəza alacaq

Ukrayna Futbol Federasiyası "Dnepr" klubunu baş məşqçisi Miron Markeviçə görə cəzalandırılıb.

Onun cərimə almasına səbəb Miron Markeviçin etdiyi hərəkət olub. Publika.az-ın verdiyi məlumata görə, Dneprepetrovsk təmsilçisi 5 min qriven həcmində pul ödəməli olacaq. Bunun səbəbi Ukrayna çempionatının "Dnepr" - "Dinamo Kiyev" matçında Markeviçin həmkarı Sergey Rebrovun əlini sıxmaqdan imtina etməsidir.

Məlumat üçün bildirək ki, Premyer Liqanın reqlamentinə əsasən, məşqçilər mütləq matçdan sonra bir-biri ilə görüşməlidir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm