“Beşiktaş”ın futbolçusu “Milan”ın hədəfində
Bizi izləyin

İdman

“Beşiktaş”ın futbolçusu “Milan”ın hədəfində

Türkiyənin son illər ən perspektivli futbolçularından Gökhan Töre "Milan"ın hədəfinə düşüb. Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Avroliqanın qrup mərhələsində baş tutan "Beşiktaş" - "Partizan" matçını italyan klubunun skautları da izləyib. Töre bu mövsüm "qartallar"ın heyətində 2 qol və 4 məhsuldar ötürmənin müəllifi olub.

Qeyd edək ki, futbolçu ötən yay "Rubin"dən "Beşiktaş"a 4.5 milyon avorya transfer edilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm