“Real”da futbolçu dəyişikliyi
Bizi izləyin

İdman

“Real”da futbolçu dəyişikliyi

Dünya futbolunda yeni şayiələr dolaşmağa başlayıb. Bunlardan birincisi Qaret Beylin Madrid “Real”ını tərk edəcəyidir. Komandanın rəhbərliyi bu varianta artıq nəzər yetirməyə başlayıb.

Son vaxtlar “Mançester Yunayted” uelsli futbolçuya maraq göstərməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “The Daily Star” qəzeti məlumat yayıb.

Məlumata görə, “Real”ın baş məşqçisi Karlo Ancelotti futbolçunu yalnız bir şərtlə buraxa bilər - Anhel Di Marianın yenidən qayıdacağı halda baş verə bilər.

İlk oyunlarda yüksək formada olmasına baxmayaraq son qarşılaşmalarda argentinalı futbolçu bir qədər sönük görünür.

Di Marianın geriyə qayıtmağı çoxlarının ürəyincə ola bilər. Əsas da Ronaldonun. Portuqaliyalı ilə argentinalı meydanda çox gözəl anlaşa bilirdilər.

Dəyişikliyin baş tutub-tutmayacağını hər kəs maraqla gözləyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm