Bəhram Bağırzadə: "Milli komanda beş il yarışlardan uzaqlaşmalıdır"
Bizi izləyin

İdman

Bəhram Bağırzadə: "Milli komanda beş il yarışlardan uzaqlaşmalıdır"

Tanınmış aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Bəhram Bağırzadə Lider tv-də yayımlanan "Seçim" verilişində maraqlı açıqlamalar verib.

Publika.az-ın məlumatına görə, Azərbaycan futboluna həsr olunmuş proqramda aktyor milli komandamızın ən azı beş il beynəlxalq yarışlardan uzaqlaşmasının vacib olduğunu bildirib:

"Fikrimcə biz, FİFA və UEFA-ya rəsmi şəkildə müraciət edib beynəlxalq yarışlardan uzaqlaşmaq istədiyimizi bildirməliyik. Həmin müddətdə yerli futbolçularımız və mütəxəssislərimiz yetişdirilməlidir. Məsələn, Hollandiyada kinostudiya yoxdur. Onlar deyirlər ki, bizdə kino yoxdursa, kinostudiya nəyə lazımdır. Biz də nəticə verə bilmiriksə, yarışlarda iştirak etməyin nə mənası var?"

B.Bağırzadə səhnəyə gəldiyi günləri xatırlayaraq bildirib ki, ilk dəfə Moskvada əlinə mikrofon götürüb:

"Sovet ittifaqı dağılandan sonra hamı deyirdi ki, Azərbaycanda KVN olmayacaq. Amma biz sübut etdik ki, olacaq və əsrin çempionu adını qazandıq. O uğuru qazananların hamısı bakılı uşaqlar idi. Futbolumuzda da yerli mütəxəssislərə və futbolçulara güvənməliyik".

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm