Cavid məyus gəlir, Rail nəhayət ki...
Bizi izləyin

İdman

Cavid məyus gəlir, Rail nəhayət ki...

Türkiyənin birinci liqasında IX turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Bucaspor"un qonağı olub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milli komandamıza dəvət alan Cavid start heyətində yer alıb və fasilədə əvəzlənib.

Rail Məlikovun forma geyindiyi "Dənizlispor" isə "Adanaspor"u qəbul edib. Oyun Dənizli təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rail 30-cu dəqiqədə Cem Tosunun yerinə meydana çıxıb və 60 dəqiqə oynayıb. Bu, onun cari mövsümündə ilk oyunu olub.

"Elazığspor" 9 oyundan sonra 12 xalla turnir cədvəlinin 8-ci, “Dənizlispor” 11 xalla 12-ci pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm