“Hakim qərarlarını müzakirə etmək istəmirəm”
Bizi izləyin

İdman

“Hakim qərarlarını müzakirə etmək istəmirəm”

Fransa 1-ci liqasının 13-cü turunda "Monako"nu qəbul edən "Sen Etiyen” növbəti dəfə bərabərlik əldə edib. Matçdan sonra komandanın baş məşqçisi Kristof Qaltye fikirlərini bildirib. Publika.az xəbər verir ki, fransız mütəxəsis yetirmələrinin mübarizə ruhundan razı qaldığını qeyd edib.

"Hakim qərarlarını müzakirə etmək istəmirəm. Hər iki tərəf qola layiq idi. "Monako" ilk hissədə çox yaxşı oynadı. Biz ağır görünür və tempsiz çıxış edirdik. Daha sonra oyunu düzəltdik. Fasilədən sonra "Saint Etienne" daha inamlı görünürdü. Bunun məntiqi nəticəsi kimi hesabı bərabərləşdirdik. Say üstünlüyündən istifadə edib qələbə qazanmağa çalışsaq da, "Monako" müdafiədə diqqətli oynadı. Yetirmələrim bütün gücünü ortaya qoydu. Heç nədən şikayət edə bilmərəm. Oyunçuların mübarizə ruhunu bəyəndim. Son 4 oyunda məğlub olmamışıq. Avropa liqasında "İnter"lə 2 dəfə qarşılaşıb məğlub olmamışıq. Bu, müsbət seriyadır. Biz bütün cəbhələrdə mübarizəni sonadək davam etdirəcəyik”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm