İdman
Velosipedçilərimiz üçüncü oldu
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını başa vurub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Publika.az-a verilən məlumata görə, komanda hesabında "Synergy Baku" 20 kollektiv arasında 4-cü yeri tutub. Komandamız çempion olmuş Hollandiya millisinə cəmi 10 saniyə uduzub. Şəxsi göstəricilərə gəlincə, yekun sıralanmada 2 velosipedçimiz ilk 20-liyə düşüb. Bunlar 12-ci yeri tutan Samir Cəbrayılov və 19-cu olan Elçin Əsədovdur.
Sevindirici əsas məqam isə yarışın 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılovun fəxri kürsüyə qalxmasıdır. Azərbaycanın U-23 milli komandasının üzvü çempiondan 4 saniyə geri qalmaqla 3-cü yeri tutub və xüsusi mükafata layiq görülüb. 4 gün sonra komandamız Çində start götürəcək daha bir yarışda mübarizə aparacaq - bu, noyabrın 14-16-da keçiriləcək 2.2 kateqoriyalı "Tour of Fuzhou" yürüşüdür.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
Xatırladaq ki, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik idi.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq