Güləşçilərimiz üçüncü oldu
Bizi izləyin

İdman

Güləşçilərimiz üçüncü oldu

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turnirinə yekun vurulub.

Publika.az AzərTAca istinadən xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları da iştirak ediblər. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıblar. Püşkatmanın nəticələrinə əsasən, sərbəst güləş üzrə Azərbaycan yığması Türkiyə ilə eyni yarımqrupda mübarizə aparıb. Güləşçilərimiz 6:2 hesablı qələbə qazanaraq finala yüksəliblər.

Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışıblar. Komandamız həlledici görüşdə Rusiya güləşçiləri ilə qarşılaşıb. Sərbəst güləşçilərimiz turniri ikinci sırada tamamlayıaraq Avropa Millətlər Kubokunun gümüş medalına sahib olublar. Yunan-Roma güləçilərimiz isə Rusiya və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıblar. Bolqarıstan komandası ilə gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Daha keyfiyyətli fəndlərə və xal hesabına görə, qələbə Azərbaycan yığmasına verilib. Komandamız qrupda növbəti görüşünü Rusiya yığmasına qarşı keçirib və məğlub olub.

Türkiyə, Ukrayna və Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə aparıblar. Yunan-Roma güləşçilərimiz öz yarımqrupunu ikinci sırada tamamlayıb. Bu nəticə ilə güləşçilərimiz Macarıstan komandası ilə bürünc medal uğrunda görüşə çıxıblar. Rəqibini 6:2 hesabı ilə məğlub edən güləşçilərimiz Avropa Millətlər Kuboku turnirini üçüncü pillədə başa vurublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm