Köməkçiləri ona etiraz etdi
Bizi izləyin

İdman

Köməkçiləri ona etiraz etdi

“Arsenal”ın Premyer Liqanın son turunda "Suonsi" klubuna məğlubiyyəti məşqçilər heyətində narazılıq yaradıb.

Məşqçilər Arsen Vengerin səfər oyunu üçün seçdiyi taktikanı bəyənməyib.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb. Müdafiəçilərin hazırlığı ilə məşğul olan Stiv Boluddan başqa, digər asisstentlər onun oyun planına etiraz edib. Məşqçilər korpusu iddia edir ki, hesab 1:0 "Arsenal"ın xeyrinə olarkən Venger Kalum Çembersin sağ cinahda vəzifəsini yerinə yetirməməsinə reaksiya verməyib. Çembersin mərkəzdə daha rahat olduğunu nəzərə alsaq, sağ cinaha Naço Monreal və ya Hektor Bellerini buraxmaq olardı.

Qeyd edək ki, fransız mütəxəsşis "Anderlext"lə oyunda ardıcıl 3 top buraxan müdafiə xəttini "Suonsi"yə qarşı da oynatmaqla rəqibin çatışmazlıqları əvvəldən müəyyən etməsinə imkan yaradıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm