Millimizə gətiriləcək məşqçiyə 980 min avro ödəniləcək
Bizi izləyin

İdman

Millimizə gətiriləcək məşqçiyə 980 min avro ödəniləcək

“Trabzonspor” klubu baş məşqçisi Vahid Halilhodziçin müqaviləsini ləğv etdiyini rəsmən açıqlayıb. Klubdan bildirilib ki, müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Açıqlamada qeyd edilib ki, bosniyalı baş məşqçiyə müqaviləsinin ləğv edilməsinin qarşılığı olaraq mövsüm sonuna qədər alacağı 980 min avro ödənəcək.

Məlumat üçün bildirək ki, Vahid Halilhodziç Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd göstərilib.

İddialara görə, yaxın müddətdə AFFA-nın Vahid Halilhodziçi milliyə baş məşqçi təyin edəcəyi gözlənilir.

Xatırladaq ki, bosniyalı mütəxəssis 3 il ərzində çalışdırdığı Əlcəzair yığmasını dünya çempionatının final mərhələsinə daşıyıb. Həmin ölkənin komandası Braziliyada keçirilən Dünya Kubokunun 1/8 final mərhələsində almanlara məğlub olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm