Baş məşqçi 5 aydır ki, federasiyadan pulunu ala bilmir
Bizi izləyin

İdman

Baş məşqçi 5 aydır ki, federasiyadan pulunu ala bilmir

Rusiya milli komandasının baş məşqçisi Fabio Kapellonun köməkçiləri Moskvaya qayıtmayıb.

Publika.az xəbər verir ki, bu barədə "La Gazette Dello Sport" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Kristian Panuççi və Massimo Neri millinin AVRO-2016-nın təsnifat mərhələsində Avstriyaya qarşı keçirəcəyi oyun öncəsi Rusiyada deyil.

Xəbərdə hər iki mütəxəssisin Rusiya Futbol İttifaqı ilə müqaviləsinin başa çatdığını yazılıb. Eyni zamanda Fabio Kapellonun 5 aylıq məvacibinin ödənmədiyini qeyd edən idman nəşri köməkçi məşqçilərə də verilən vədlərin yerinə yetirilmədiyini iddia edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm