Son durum - "Barselona" La Liqadan qovulacaq?
Bizi izləyin

İdman

Son durum - "Barselona" La Liqadan qovulacaq?

Kataloniyada həftə sonu keçirilən və digər dövlətlər tərəfindən rəsmi olaraq tanınmayan referendumda səs verənlərin 80 faizdən artığı müstəqilliyə "hə" deyib. Bu isə ilk növbədə "Barselona" klubunu narahat etməyə başlayıb.

Publika.az xəbər verir ki, artıq klub rəsmiləri Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə, "Barselona"nın gələcəyinin necə olacağını müzakirə etməyə başlayıblar.

Futbolsevərlər isə "El Klasiko"nun bitməməsinin tərəfdarıdırlar. Ancaq ispanlar Kataloniya müstəqil olarsa, "Barselona"nın La Liqada çıxış etməsinə qarşı çıxacaqlarını bildiriblər.

Təsadüfi deyil ki, ümumi İspaniya əhalisinin 60 faizindən çoxu "blauqrana"nın Primeroda iştirak etməməsini istəyir. Katalon klubu isə La Liqada çıxışını davam etdirmək fikrindədir.

Bazar günü keçirilən səsvermədə Pep Qvardiola, Xavi və Pike başda olmaqla klubun aparıcı üzvləri müstəqilliyin lehinə səs veriblər. Onların fikrincə, müstəqillik klubun gələcəyindən daha önəmlidir.

İdman yazarları hadisələr gözlənilən ssenari ilə gedərsə, "Barselona"nın iflasa uğrayacağını bildiriblər. "Barsa"nın "Monako" kimi Fransa liqasında çıxış etməsi isə həm kluba maliyyə cəhətdən ziyan vuracaq, həm də futbolsevərlər "El Klasiko"dan məhrum olacaqlar.

"Barselona"nın La Liqadan çıxarılması "Real"ın da marka dəyərini avtomatik olaraq düşürəcək. Bu səbəbdən siyasətçilərin hamıya sərf edən bir variant seçəcəkləri gözlənilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm