O, bu xəbərə görə özündən çıxdı - FOTO
Bizi izləyin

İdman

O, bu xəbərə görə özündən çıxdı - FOTO

Mətbuatda Radamel Falkaonun yenidən dizindəki zədədən əziyyət çəkdiyi, hər matçdan sonra buzdan istifadə etdiyi və məhz zədə səbəbindən "mankunyanlar"ın onu knyazlıq klubuna geri qaytaracağı yönündə xəbərlər yayılıb.

"Mançester Yunayted"də icarə əsasında çıxış edən "Monako"nun futbolçusu isə xəbəri əsəbi şəkildə təkzib edib:

"Bir axmaq şayiə buraxır. Kimsə onun toruna düşür və nəticədə milyonlarla insan bu yalana inanır. Bir neçə axmağın belə şeylərə qadir olmağı dəhşətlidir".

Xatırladaq ki, Falkao 2 həftə öncə baldırından zədə almışdı. O, komandasının son 3 oyununda meydana çıxa bilməyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm