“Real” futbolçu transfer etməyəcək
Bizi izləyin

İdman

“Real” futbolçu transfer etməyəcək

"Real" qış transferi dönəmində heyətinə futbolçu cəlb etməyəcək. Bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ancelotti məlumat verib.

Publika.az xəbər verir ki, baş məşqçi bununla bağlı mətbuata belə açıqlama verib:

"Qış "transfer pəncərəsi"ndə futbolçu almağı düşünmürük. Mövsümün ikinci bölümündən Xese Rodriqes də oynaya biləcək".

Ancelotti "Barselona"nın əsas heyətində özünə yer edə bilməyən və buna səbəb kimi ehtiyat oyunçular skamyasında telefonla oynaması göstərilən Jerar Pike haqda da danışıb:

"Mən bir oyunçunu ehtiyatda telefonla oynaması səbəbiylə cəzalandırmazdım. İntizama inanıram, amma cəzayla deyil, danışaraq həll ediləcək məsələlər var. Pikenin bu səbəblə kənarda olduğuna inanmıram".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm