Ronaldo jurnalisti hədələdi
Bizi izləyin

İdman

Ronaldo jurnalisti hədələdi

"Real”ın və Portuqaliya millisinin ulduzu Ronaldonun Lionel Messiyə təhqiramiz ləqəb qoyması ilə bağlı deyilən iddiaya münasibət bildirib.

İspaniyanın tanınmış idman jurnalisti Qilyem Balaqenin yazdığı kitabda yer alan yazı Ronaldonun heç də xoşuna gəlməyib.

Publika.az xəbər verir ki, “facebook”dakı səhifəsindən xəbəri təkzib edən Kriştianu Balaqeni məhkəmə ilə hədələyib. Ulduz futbolçu sosal şəbəkədə bunları qeyd edib:

"Bəzi həqiqətə uyğun olmayan xəbərlərdə deylir ki, mən Lionel Messini nalayiq ləqəblə adlandırmışam. Bu, tamamilə yalandır. Əminəm ki, mənim vəklim bu məsələdə məsuliyyət daşıyan kəslərlə bağlı ölçü götürəcək. Bütün həmkarlarıma dərin hörmətlə yanaşıram. Messi də istisna deyil”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm