Məsləhət: “İnkişaf etmək istəyirsə, dəyişməlidir”
Bizi izləyin

İdman

Məsləhət: “İnkişaf etmək istəyirsə, dəyişməlidir”

“Mançester Yunayted"in maraq dairəsində olan daha bir oyunçunun adı açıqlanıb.

"İnter"in şərəfini qoruyan Mateo Kovaçiç yenidən "qırmızı şeytanlar"ın diqqətini cəlb edib.

Publika.az xəbər verir ki, bundan öncə də "manikunianlar" Kovaçiçi heyətə qatmaq üçün "Liverpul" və Madrid “Real”ı ilə mübarizə aparsa da, xorvatiyalı yarımmüdafiəçi Milan klubunda qalmağa üstünlük vermişdi.

Kovaçiçin həmyerlisi Dariyo Srna 20 yaşlı gənc komanda yoldaşına bu barədə belə məsləhət verib:

"Kovaçiç İtaliyanın ən yaxşı gənc futbolçularından biridir. Komandasının gücünə güc qatır. Amma inkişaf etmək istəyirsə, komandasını dəyişməlidir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm