Hafkanın futbol imperiyasından şok faktlar - FOTOLAR
Bizi izləyin

İdman

Hafkanın futbol imperiyasından şok faktlar - FOTOLAR

"Bağlan Qrup" ("Baghlan Group") şirkətlər qrupunun prezidenti, "Hafka" kimi tanınan milyarder Hafiz Məmmədova məxsus Fransa 1-ci Liqasında çıxış edən “Lans” klubunda yaranmış vəziyyət rəhbərliyi hərəkətə gətirib.

Axar.az xəbər verir ki, klubun prezidenti Gervais Martel ölkənin nüfuzlu “le10sport.com” saytına verdiyi açıqlamada yaranan böhranın hələ uzun zaman davam edəcəyini deyib. Azərbaycanlı iş adamı Hafiz Məmmədovun 10 milyon avro yeni yatırım etmək barədə verdiyi vədləri yerinə yetirmədiyini deyən klub prezidenti, belə gedərsə, klubun satılma ehtimalının real olduğunu deyib:

“Azərbaycanlı iş adamı, klubun sahibi Hafiz Məmmədov bizə 10 milyon avro yeni yatırım olacağı barədə söz vermişdi. Lakin bu hadisədən aylar keçsə də, bunu görmədik. Çox məyusuq”.

20 milyon avro

Bu yay kluba heç bir yeni oyunçu cəlb olunmadığını deyən klub prezidenti Gervais Martel vəziyyətin belə davam edəcəyi təqdirdə hətta bəzi oyunçuların klubu tərk edəcəyini deyib: “3 futbolçu ilə müqavilə imzalamalı idik. Lakin maliyyə çətinliyi ucbatından bu iş baş tutmadı. Biz çalışırıq ki, əlimizdə olan oyunçuları saxlayaq. Maliyyə vəziyyəti yaxşılaşmasa, komandanın aqibəti yaxşı heç nə vəd etmir. Məmmədov klubu böyük narahatlıq içində və çox incə bir vəziyyətdə qoyur. Artıq kluba 20 milyon avrodan çox sərmayə yatırılıb. O olmasaydı, “Lans” həvəskar çempionatda oynayardı. Lakin işi yarımçıq saxlamaq olmaz”.

Eşitdim ki, həbsxanadadır

Son zamanlar klubda yaranmış vəziyyəti şərh edən prezident Hafkayla bağlı dəhşətli məlumatların yayıldığını gizlətməyib:

“Mən Hafiz Məmmədovun klubla bağlı problemlərinin olduğunu bilirdim. O, Azərbaycanda olanda müntəzəm şəkildə əlaqə saxlayırdıq. Və oyundan sonra mənə mesaj yollayırdı. Mən onun haqqında inanılmaz şayiələr eşitdim. Deyilənə görə o, həbsxanada idi. Amma ötən həftə məlum oldu ki, Məmmədov Türkiyədədir”.

4 milyon avro ödəməli idi

Klubun baş məşqçisi Antuan Kombuare də narazılığını gizlətməyib. “Butfootballclub.fr” saytına müsahibə verən məşqçi Məmmədovun problemlərindən danışıb: “Mən klubun maliyyə problemlərini çox yaxşı başa düşürəm. Lakin məni klubla bağlayan heç nə yoxdur. Məyus da deyiləm. Görünür, gözləmək lazımdır. Bizə vəd verilib və həmin vədlərin yerinə yetirilməsini gözləyirik. Maliyyə böhranı varsa, bu problem həll olunmalıdır. Bunun bizə aidiyyəti yoxdur”.

Baş məşqçinin sözlərinə görə, oktyabrın 31-də 4 milyon avro ödənilməli idi. Amma 2 həftə keçməsinə baxmayaraq, lazımi vəsait ödənilməyib:

“Biz ödənişin oktyabrın 31-də ediləcəyini gözləyirdik. Sonra klub rəhbərliyi ödənişin 17-20 noyabr tarixində reallaşacağını dedi. Gecikməyə səbəb kimi Hafiz Məmmədovun Azərbaycanda olmasını əsas gətirdilər. professional klublarda belə xırda bəhanələr utancvericidir”.

5 oyuna 4 məğlubiyyət

Fransa dərgilərində yer alan xəbərlərə görə, 27 dekabr 2013-cü ildə “Baghlan Group” şirkəti tərəfindən klubun balansına hissə-hissə 19 milyon avro köçürülməsi ilə bağlı qərar qəbul olunub. Lakin bu ilin mart ayının əvvəlinə qədər ayrı-ayrı vaxtlarda 8 dəfə köçürülmə həyata keçirilib. Yəni nəzərdə tutulan məbləğ tam olaraq kluba verilməyib. Bundan sonra klubda yaranan maliyə böhranı indiyə kimi davam edir. Bəzi məlumatlara görə, yaranan böhran Hafkanın şəxsi biznesində yaranan çətinliklərlə bağlıdır. Məhz bu səbəbdən yaranmış gərginlik sahibi olduğu klublara da siraət edib.

“Lans”ın Fransa çemionatında sərgilədiyi oyun klubdaxili vəziyyətin aydın göstəricisidir. Belə ki, klub keçirdiyi son 5 oyunda 4 məğlubiyyətlə öldürücü zərbə alaraq autsayderlər sırasına düşüb.

Mütəxəssislərin fikrincə, çempionatın sonuna kimi klub belə oyun sərgiləyərsə, Fransa 2-ci liqasına düşəcək. Bu da klubun dağılmasına səbəb ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm