“Neftçi”nin oyununda qalmaqal – şillə vurdu, hakim görmədi
Bizi izləyin

İdman

“Neftçi”nin oyununda qalmaqal – şillə vurdu, hakim görmədi

Dünən "Neftçi”- “Bakı" arasında keçirilən yoxlama görüşündə xoşagəlməz hadisə yaşanıb.

Publika.az xəbər verir ki, "Bakı"nın futbolçusu Nurlan Novruzovu vurduğu üçün "Neftçi"nin futbolçusu Erik Ramos meydançadan qovulub.

Bu, yeganə xoşagəlməz hadisə olmayıb.

Belə ki, bundan əvvəl "Neftçi"nin başqa bir futbolçusu Nikolas Kanales də Nurlan Novruzova sillə vurub.

İddiaya görə, şillənin səsi möhkəm olub. Amma nədənsə nə baş hakim Ramil Diniyev, nə də onun köməkçiləri bu səsi eşitməyib. Məhz Kanalesin bu hərəkətindən və onun cəzasız qalmasından ürəklənən Ramos 41-ci dəqiqədə həmin Nurlana daha bərk zərbə ilişdirib və bu zaman hər şey o qədər açıq-aşkar olub ki, Diniyevin paraqvaylını qovmaqdan başqa çarəsi qalmayıb.

Xatırladaq ki, Premyer Liqada yaranan fasilədən istifadə edən "Bakı" və "Neftçi" klubları yoxlama matçında üz-üzə gəliblər. "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutan matç 4:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm