“Barselona” onu satacaq?
Bizi izləyin

İdman

“Barselona” onu satacaq?

"Barselona"nın futbolçusu Martin Montoya komandadakı vəziyyətindən narahatlıq duyur.

Publika.az xəbər verir ki, qışda futbolçu klubundan ayrılmağı düşünür.

Məlumatlara görə, "Milan", "İnter" və "Bayer" onunla yaxından maraqlanır.

İspan futbolçu əsas heyətində oynaya biləcəyi komandaya üstünlük verəcək.

İddialara görə, hələ yay aylarında Montoyanın "Liverpul"a keçmək ehtimalı olub. Ancaq "Barselona" onu klubda qalması yönündə inandıra bilib və müqavilə müddəti 2018-ci ilədək uzadılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm