Azərbaycan millisində qızlarla bağlı qalmaqal: şikayətçilər var – ÖZƏL
Bizi izləyin

İdman

Azərbaycan millisində qızlarla bağlı qalmaqal: şikayətçilər var – ÖZƏL

Azərbaycan futbolunda növbəti qalmaqal baş verib. Bu dəfə problem millidə olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, qızlardan ibarət U-19 milli komandasında məşqçi ilə bağlı narazılıq var. Belə ki, U-19 millisinin qızları baş məşqçiləri Patrisia Qonzalezdən narazıdırlar. Onun məşq keçməyindən, komanda üzvlərinə qarşı münasibətindən şikayət edirlər.

Hətta bu barədə U-19 millisinin bəzi üzvləri öz şikayətlərini dilə gətirdilər. Onlar Publika.az-a danışarkən adlarının çəkilməsini istəmədilər və bildirdilər ki, indiki məşqçi Patrisia Qonzalezin fəaliyyətindən narazıdırlar.

Hətta futbolçulardan biri belə açıqlama verdi:

“Patrisia Qonzalezin Azərbaycanda yeri yoxdur. Bütün qızlarda mənimlə razılaşarlar ki, o, yaxşı məşqçi deyil. Keçmiş məşqçimiz Sissi Raytın geri qaytarılmasını istəyirik. O istəyirdi ki, bütün azərbaycanlı qızlar məktəbə gedib, təhsil alsınlar. Güclü oyun göstərsinlər. Hər zaman bizə kömək olub. Yenə deyirəm, kimdən istəyirsiniz soruşun - “Sizə futbolu kim öyrətdi? Kimin məşqçiniz olmasını istəyirsiz?” hamısı keçmiş məşqçimizi - Sissi Raytı istəyəcək. Ondan yaxşı məşqçi yoxdur. Onunla danışmışıq da... Sissi də istəyir, bizimlə yenidən çalışsın”.

Qeyd edək ki, Sissi U-15 və U-17 qızlardan ibarət milli komandamızı çalışdırıb (2011-2013) . İndi həmin qızlar U-19-da çıxış edir.

Məlumat üçün bildirək ki, Patrisia Qonzalez U-19 və U-21 milli komandalarının baş məşqçisidir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm