13 futbolçu "Qalatasaray"dan göndərilir
Bizi izləyin

İdman

13 futbolçu "Qalatasaray"dan göndərilir

Yanvarda "Qalatasaray” klubunun bir sıra futbolçularla yollarını ayıracağı gözlənilir. Publika.az-ın məlumatına görə, klubun prezidenti Duyğun Yarsuvat 13 futbolçunun göndərilməyi planlaşdırır.

Bununla da, “cim-bom”un əlində 22 nəfərlik heyət qalacaq. Belə ki, komandanın 8 futbolçusu icarədədir, 13 futbolçu isə indi ayrılır.

Türkiyə mətbuatının iddiasına inansaq, klubdan ayrılacaq 13 futbolçu bunlardır:

1. Qoran Pandev – 32 yaşlı makedoniyalı futbolçu ilinə 2,4 milyon avro qazanır.

2. Umut Gündoğan – İcarəyə veriləcək.

3. Furkan Özçal – İcarəyə veriləcək.

4. Emrecan Coşkun – İcarəyə veriləcək.

5. Gökhan Zan – Mançinidən sonra Prandellinin də ümidlərini doğrultmayan futbolçu ilə yolllar ayrılacaq.

6. Veysəl Sarı – Səbrinin bağışlanmasından sonra tribunada oturmağa başlayan futbolçu ilə də yollar ayrılacaq.

7. Birhan Vatansever – İcarəyə veriləcək.

8. Aydın Yılmaz – Tez-tez zədəli olan Yılmaz da göndəriləcək futbolçular siyahısındadır.

9. Eray İşcan – İcarəyə veriləcək.

10. Endoğan Adili – İcarəyə veriləcək.

11. Eboue – Heyətdən çıxarılma.

12. Yiğit Gökoğlan - Heyətdən çıxarılma.

13. Engin Baytar - Heyətdən çıxarılma.

Qeyd edək ki, "Qalatasaray”ın icarədə olan futbolçuları bunlardır - Amrabat ("Malaqa”), Salih Dursun ("Trabzonspor”), Sercan Yıldırım ("Balıkəsirspor”), Ontivero ("Qaziantepspor”), Dani ("Qranada”), Berk Yıldız ("Elazığspor”), Berk İsmail Ünal ("Antalyaspor”), Oğuzhan Kayar ("Manisaspor”).

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm