“Rekordumu özümün yeniləyəcəyimi bilirdim”
Bizi izləyin

İdman

“Rekordumu özümün yeniləyəcəyimi bilirdim”

"Avro-2016"-nın seçmə mərhələsində Ermənistanla görüşdə rekorda imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo oyunla bağlı danışıb.

Publika.az-ın məlumatına görə, "Maisfutebol"a danışan Ronaldo qələbənin asan olmadığını bildirib:

"Əsas üç xal qazanmaq idi ki, bunu da bacardıq. Rəqib risk etmədi, sanki, öz cərimə meydançalarının yaxınlığında avtobus park etmişdilər. Lakin bu oyunun asan keçməyəcəyi əvvəldən məlum idi. Rekordumu isə gec-tez özümün yeniləyəcəyimi bilirdim. Avropa çempionatının seçmə mərhələsində bu qədər qol vurduğum üçün şadam".

Məlumat üçün bildirək ki, Ermənistanla görüşdə komandasına qələbə qazandıran Ronaldo Avropa çempionatının seçmə mərhələsində ən çox qol vuran futbolçu adını qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm