Ulduzdan inanımaz etiraf
Bizi izləyin

İdman

Ulduzdan inanımaz etiraf

"Mançester Yunayted"in forvardı Ueyn Runi maraqlı bir etiraf edib.

Publika.az xəbər verir ki, o, 14 yaşında olarkən futbolu atmaq istədiyini açıqlayıb:

“Fikrimcə, "Everton"un uşaq komandasının məşqçisi Kolin Harvinin mənə çox böyük köməyi dəyib. Həqiqətən də, 14 yaşımda futbolu atmaq istəyirdim.

Bizə taktikadan danışırdılar, meydanda nə etməli olduğumuzu başa salırdılar, mənsə futboldan sadəcə həzz almaq istəyirdim. Bezmişdim, evə getdim və atama daha məşqə getmək istəmədiyimi dedim. Ancaq Harvi ilə danışdıqdan sonra futbolu yenidən sevməyə başladım. Həmin vaxt həm də boksla məşğul olurdum. Buna baxmayaraq, diqqətimi futbola yönəltmək qərarına gəldim. Bu, düzgün qərar idi”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm