• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Fatih Terim AFFA-nın yolunu getdi

  • İdman
  • 15 Noyabr 2014 16:10
  • 416 Baxış
Fatih Terim AFFA-nın yolunu getdi

Futbol komandasını uğursuzluq zolağından çıxara bilməyən Fatih Terim yeni çıxış yolu tapıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "İmperator" milli komandaya bir neçə əcnəbi futbolçunu cəlb etməyi düşünür.

Artıq, Terimin milliləşdirilməsini istədiyi 4 futbolçu da bəllidir.

Türkiyə mətbuatının məlumatına görə, baş məşqçi "Kasımpaşa"dan Ryan Donku (Hollandiya, müdafiəçi), "Qaziantepspor"dan Çiçonu (Braziliya, mərkəz müdafiəçisi), "Eskişəhərspor"dan Dieqo Angelonu (Braziliya, müdafiəçi) və "Bursaspor"dan Fernandaonu (Braziliya, hücumçu) yığmada görmək istəyir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR