Ən çox onlar qazanır
Bizi izləyin

İdman

Ən çox onlar qazanır

"Forbes” jurnalı milli komandaların ən çox qazanan baş məşqçilərinin adlarını açıqlayıb.

Publika.az -ın məlumatına görə, bu sırada ən çox qazanan baş məşqçi Rusiya millisini çalışdıran Fabio Kapellodur. Onun illik maaşı 9 milyon avrodur.

“Avro-2016” seçmə mərhələsi rəqiblərimizdən İtaliya millisinin baş məşqçisi Antonio Kontenin illik gəliri 4,1 milyon avrodur. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim isə illik qazandığı 3,5 milyon avro ilə 4-cü pillədə qərarlaşıb.

1. Fabio Kapello (Rusiya) – 9 milyon avro

2. Roy Hocson (İngiltərə) – 4,5 milyon avro

3. Antonio Konte (İtaliya) – 4,1 milyon avro

4. Fatih Terim (Türkiyə) – 3,5 milyon avro

5. Yoahim Löv (Almaniya) – 2,8 milyon avro

6. Visente Del Boske (İspaniya) – 2,7 milyon avro

7. Quss Hiddink (Hollandiya) – 2,2 milyon avro

8. Yurgen Klinsman (ABŞ) – 2 milyon avro

9. Dunqa (Braziliya) – 1,8 milyon avro

10. Didye Deşam (Fransa) – 1,75 milyon avro

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm