• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mərakeşi bir neçə illik uzaqlaşdırılma gözləyir

  • İdman
  • 15 Noyabr 2014 17:20
  • 338 Baxış
Mərakeşi bir neçə illik uzaqlaşdırılma gözləyir

Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşin qitə kubokundan imtinasından narazılıq edib.

Publika.az xəbər verir ki, qurum Mərakeşi 4 il müddətinə diskvalifikasiya etməyi düşünür. CAF-dan bununla bağlı belə açıqlama verilib:

“Qaydalar hər kəsə məlumdur. 1996-cı ildə Nigeriya Afrika Millətlər Kubokunu boykot etmişdi. Onların prezidenti milli komandaya CAR-a getməyə qadağa qoymuşdu. Nəticədə, Nigeriya bütün turnirlərdə iştirakdan məhrum edildi. Buna görə ikili standartlar olmamalıdır”.

Məlumat üçün bildirək ki, Mərakeş Ebola virusunu əsas gətirməklə turnirə ev sahibliyindən imtina edib. Dünən verilən qərara görə, Millətlər kubokunun ev sahibliyi Ekvatorial Qvineyaya tapşırılıb.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR