Millimiz məğlub oldu
Bizi izləyin

İdman

Millimiz məğlub oldu

Bu gün "Avro-2016"nın seçmə mərhələsində milli komandamız növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, yığma komandamız IV turda evdə Norveç millisi ilə qarşılaşıb. Komandamız “Bakcell Arena”da 1:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz seçmə mərhələdə keçirdiyi hər üç oyunda meydanı xalsız tərk edib. İlk oyunda evdə Bolqarıstana 1:2 hesabı ilə uduzan komandamız daha sonra İtaliyaya 1:2, Xorvatiyaya isə 0:6 hesabı ilə məğlub olub.

16 noyabr

"Avro-2016"nın seçmə mərhələsi, IV tur

21:00. Azərbaycan - Norveç 0:1

Qol: Nordtveyt
Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk və Semen Şlonçak (Ukrayna)
Bakı. 8-ci km qəsəbə stadionu.

AZƏRBAYCAN: 23. Səlahət Ağayev, 4. Mahir Şükürov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 21. Elvin Yunuszadə, 10. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 20. Cavid İmamverdiyev, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Emil Balayev, 2. Qara Qarayev, 6. Bədavi Hüseynov, 18. Məhəmməd Mirzəbəyov, 22. Tərlan Quliyev, 3. Rasim Ramaldanov, 8. Mirhüseyn Seyidov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov.

Baş məşqçi: Mahmud Qurbanov

NORVEÇ: 12. Oryan Haskyold Niland, 2. Tom Hoqli, 14. Omar Elabdellaui, 21. Veqard Forren, 5. Aleksander Tettey, 6. Havard Nordtveit, 8. Stefan Yohansen, 15. Per Kiljan Skyelbred (k), 20. Mats Moller Daehli, 10. Mohamed Elyunussi, 18. Havard Nielsen

Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 22. Sten Qraytebust, 3. Steffen Haqen, 4. Tore Reqiniussen, 16. Per Flo, 17. Martin Linnes, 7. Harmeet Sinqh, 9. Martin Odeqaard, 13. Yon Samuelson, 23. Anders Konradsen, 11. Aleksandr Soderlund, 19. Fredrik Qulbrandsen.

Baş məşqçi: Per-Matias Hoqmo

Oxumağa davam et
Reklam
Reklam

Gündəm