İtaliya - Xorvatiya oyunu yarımçıq dayandırılıb
Bizi izləyin

İdman

İtaliya - Xorvatiya oyunu yarımçıq dayandırılıb

AVRO - 2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübrizə aparan İtaliya və Xorvatiya komndaları arasındakı oyun yarımçıq dayandırılıb.


Buna xorvat fanatların özbaşnalığı səbəb olub. Belə ki, qonaq azarkeşlər görüşün 71-ci dəqiqəsində pirotexniki vasitələr yandırıb, daha sonra isə onları meydana atıblar. Matçın baş hakimi Bern Kuypers görüşün UEFA nümayəndəsi ilə məsləhətləşdikdən sonra oyunu davam etdirsə də, az sonra fikrini dəyişib. Belədə 75-ci dəqiqədə komandalar paltardəyişmə otağına yollanıblar.



Təxminən 10 dəqiqədən sonra isə polis və mühafizə xidməti qonaq azarkeşləri stadiondan çıxarıb. Yalnız bundan sonra oyun davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm