• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qarabağ”ın futbolçuları içkili vəziyyətdə gecə klubunda - ÖZƏL- FOTOLAR

  • İdman
  • 17 Noyabr 2014 10:36
  • 1 805 Baxış
“Qarabağ”ın futbolçuları içkili vəziyyətdə gecə klubunda - ÖZƏL- FOTOLAR

“Qarabağ” klubunun hücumçusu Reynaldonun son zamanlar optimal formasından uzaq olmasının səbəbi bəlli olub. Publika.az-ın əldə etdiyi məlumata görə, braziliyalı gecə həyatına və spirtli içkilərə meyil etdiyindən oyunu da istədiyi səviyyədə alınmır.

Bildirilir ki, futbolçunu bir neçə gün öncə şəhərin mərkəzindəki gecə klublarından birindən içkili vəziyyətdə çıxarkən görüblər. Komanda yoldaşı və həmyerlisi Almeyda və daha iki xanımla “Kia optima” markalı avtomobilə əyləşən “sambaçı”nı bir neçə metrdən sonra yol polisi saxlayıb. Almeyda sükan arxasında olmadığından ona heç bir cərimə yazılmayıb. Reynaldoya isə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edilib.

Qeyd edək ki, son günlər həm ölkə mediası, həm də futbol mütəxəssisləri bu futbolçunun imkanlarından aşağı səviyyədə çıxış etdiyini bildirirlər. Görünür, “sambaçı” əksər həmyerliləri kimi bir qədər pul və şöhrət qazanandan sonra gecə həyatı yaşamağa başlayıb.

Bu arada qeyd etmək yerinə düşər ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bir neçə gün öncə mətbuata müsahibəsində Reynaldonun xarakterində problem olduğunu və lazım gələcəyi halda, onun cəzalandırılacağını söyləmişdi.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR