“Neftçi”nin oyunçusu üzr istədi
Bizi izləyin

İdman

“Neftçi”nin oyunçusu üzr istədi

"Neftçi”nin oyunçuları "Bakı” ilə yoxlama oyunundan sonra istirahəti başa vuraraq məşqlərə qayıdıb.

Onlar "Simurq”la matçın hazırlığına start verib.

Publika.az-ın məlumatına görə, klubun bazasındakı meydanda baş tutmuş məşqdən əvvəl paraqvaylı futbolçu Erik Ramos "Bakı" ilə yoxlama oyununda etdiyi hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarından, eləcə də, azarkeşlərdən üzr istəyib. O, rəsmi sayt vasitəsi ilə fikirlərini belə çatdırıb:

“Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkətə yol verdi və nəticədə, emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq, belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm