Ulduz futbolçu meydanda huşunu itirib yerə yıxıldı – VİDEO
Bizi izləyin

İdman

Ulduz futbolçu meydanda huşunu itirib yerə yıxıldı – VİDEO

Belçika millisinin oyunçusu Dris Mertens “Avro-2016”-nın seçmə mərhələsi çərçivəsində Uelslə baş tutan oyunda ciddi şəkildə zədələnib.

Publika.az-ın məlumatına görə, "Napoli”nin hücumçusu 73-cü dəqiqədə meydana daxil olsa da, 79-cu dəqiqədə Corc Uilliyamsla toqquşub. Bu toqquşma nəticəsində o, yerə yıxılıb. Martens bir neçə dəqiqə huşsuz vəziyyətdə meydanda qalıb, yerindən qalxa bilməyib.

Həkimlərin müdaxiləsindən sonra onu xərəklə aparıblar.

Futbolçu meydandan çıxarılarkən azarkeşlərə əl yelləməyi də unutmayıb.

Qeyd edək ki, Belçika-Uels qarşılaşması qolsuz bərabərliklə başa çatıb ( 0:0).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm