“Neftçi” rəsmisi AFFA-nı yıxıb-sürüdü
Bizi izləyin

İdman

“Neftçi” rəsmisi AFFA-nı yıxıb-sürüdü

“Neftçi” rəsmisi AFFA-nı yıxıb-sürüdü

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Xəzər Lənkəran"la oyunda xal itirmələrinin, eləcə də "Qarabağ"ın "Qəbələ" ilə oyunda qələbə qazanmasının xüsusi təşkil olunmuş təxribat olduğunu dilə gətirib.

Publika.az xəbər veriri ki, “Neftçi” rəsmisi Futbolinfo.az saytına müsahibəsində AFFA-nı sərt tənqid edib:

"Xəzər Lənkəran"la oyundan bir həftə qabaq bu qarşılaşmanın canlı yayımlanmayacağı bəlli idi. Necə ola bilər ki, derbi adı almış oyun yayımlanmasın? Ölkə hüdudularından kənarda tanınan bu matç efirə verilmədi və azarkeşlər bu oyuna baxmaqdan məhrum olundu. Bunun altında sətiraltı mənalar var idi. Çünki bu oyunda nəyin bahasına olursa, olsun “Neftçi”yə qarşı təxribati gedişlər, psixoloji təzyiqlər etmək lazım idi.

90 dəqiqə ərzində “Neftçi”ni sındırmaq istəyirdilər. Canlı yayım məsələsindən sonra bu matça “möhtərəm” Rəhim Həsənovun təyinat alması, “Qəbələ” – “Qarabağ” oyununa ağdamlıların qanundan kənar və qanuni hakimi Əliyar Ağayevin təyinat alması təxribati hadisələr idi. Bunlar artıq onun göstəricisi idi ki, qarşıdakı turlarda Azərbaycan futbolunun başına çox oyunlar açılacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm