İspaniyanın hansı məşhur klubu oyun satıb?
Bizi izləyin

İdman

İspaniyanın hansı məşhur klubu oyun satıb?

"Atletiko"nun oyun satması barədə iddialar ortaya atılıb.

İddiaya görə, hadisə 1990/91 mövsümündə baş verib.

Publika.az xəbər verir ki, bu iddianı həmin vaxt komandada oynamış portuqaliyalı Paulo Futre irəli sürüb. Veteran futbolçu müsahibəsində "Espanyol"a qəsdən uduzduqlarını etiraf edib:

"Oteldə matç saatını gözləyirdik. Prezident Jesus Gil yanıma gəlib belə dedi: “Uşaqlara de ki, bu matçda özlərini yormasınlar, uduzsunlar”. Biz də 1:3 hesabı ilə uduzduq. Sonra Xesus Xil mənə dedi ki, "Espanyol"un prezidenti Julio Pardo Padrosla anlaşıblar. Bu oyunu uduzacağımız halda, bir oyunçularını bizə pulsuz verəcəklər".

Məlumat üçün bildirək ki, "Espanyol" bu qələbədən sonra La Liqadakı yerini qoruyub.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm